22 
Noy
2018
13:11
211
12
3540
Virtual karabakh

Cavanşir Quliyevin doğum günüdür

22 Noy, 2018
13:11
3540

Cavanşir Quliyevin doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tanınmış bəstəkar Cavanşir Quliyevin doğum günüdür.

Oxu.Az-ın xəbərinə görə, o, 1950-ci il noyabrın 22-də Şəki şəhərində anadan olub. 

İlk təhsilini yaşadığı şəhərdə alan C.Quliyev məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olub.

1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.

1993-2005-ci illərdə Milli Dram Teatrının musiqi hissə müdiri vəzifəsində çalışıb. 2005-ci ildən Şimali Kipr Türk Respublikası Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsində dərs deyir.

Məşhur bəstəkar ABŞ, Almaniya, Finlandiya, Türkiyə, Polşa, Rumıniya, Slovakiya, Yuqoslaviya, Bolqarıstan, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Özbəkistan və Kiprdı yaradıcı ezamiyyətlərdə olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri