24 
Noy
2018
10:04
180
15
1475
Virtual karabakh

Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib

Baş nazir Novruz Məmmədov xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Oxu.Az-ın  məlumatına görə, qərara əsasən, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib.

“Azərbaycanfilm” kinostudiyasında lentə alınan  “Onun böyük ürəyi ” bədii filmini çəkən sənətkar, sonrakı illərdə “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm” , “Sən niyə susursan?”, “Skripkanın sərgüzəşti” kimi filmlərdə quruluşçu rejissor kimi fəaliyyət göstərib.

Rejissor kimi isə “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “Özgə ömür”, “Park”, “Həm ziyarət, həm ticarət ”, “İstintaq”, “Təhminə” , “Otel otağı” filmlərinə ekran həyatı verib.

Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov 2006-cı ildə Bakı şəhərində dünyasını dəyişib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri