26 
Noy
2018
11:06
144
67
6724
Virtual karabakh

Alim Qasımovun London səhnəsində rəqsi - VİDEO

Azərbaycanın Xalq artisti Alim Qasımov sevənlərini həm gözəl səsi, həm də qüsursuz rəqsi ilə feyzyab edib.

Oxu.Az xəbər verir ki, noyabrın 15-də Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Londondakı “Sadler Wells” Teatrında konsert proqramı ilə çıxış ediblər. 

Teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.

Mark Morris rəqs qrupunun və “İpək Yolu” ansamblının qatıldığı konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifaları sürəkli alqışlarla qarşılanıb.

Böyük sənətkar konsertin sonunda  qonaqlarla və əcnəbi rəqqaslarla birgə rəqs edib.

Sənətkarın  rəqsi  tamaşaçıların böyük marağına və sevgisinə səbəb olub.

İ.R.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri