26 
Noy
2018
17:02
183
41
1394
Virtual karabakh

İsrailli şair Bakı haqqında kitab yazdı

İsrailli şair Pyotr Davıdov doğma şəhəri haqqında “Bakı səni gözləyir” kitabını dərc edib. 

Oxu.Az Stmegi.com portalına istinadla xəbər verir ki, bununla bağlı şair özü məlumat yayıb.

Onun sözlərinə görə, bu, tamamilə qeyri-adi poetik reportajdır. Burada şeirlər nəsrlə yazılmış xatirələrə çevrilir, müasir Bakıdan çəkilən fotolar isə qədim şəkillər və açıqcalara uyğun gəlir. 

120 səhifəlik kitaba Bakı və bakılılar haqqında 85 şeir, müasir Bakının 95 fotosu daxil edilib. Kitabın təqdimatı yaxın günlərdə keçiriləcək. 

Pyotr Davıdov Bakıda doğulub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib, bir neçə il elektronika mühəndisi vəzifəsində çalışıb, jurnalistika sahəsində özünü sınayıb, daha sonra Rusiyaya, oradan isə İsrailə köçüb. 

M.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri