28 
Noy
2018
11:55
202
14
2506
Virtual karabakh

Azərbaycanlı aktyor beynəlxalq festivalda birinci oldu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən “Əlif” beynəlxalq teatr festivalında “Ən yaxşı kişi” rolu nominasiyasında birinci olub.

Teatrın mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, aktyor festivalda ölkəmizi “Dəlinin qeydləri” monotamaşası ilə təmsil edib.

Festivalda böyük uğur qazanan Əməkdar artist mükafatların yaradıcı adam üçün stimul olduğunu qeyd edib.

Qeyd edək ki, “Dəlinin qeydləri” monotamaşası gələn il fevral ayında İranda keçiriləcək növbəti “Fəcr” Beynəlxalq Festivalına dəvət alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri