28 
Noy
2018
16:54
270
31
2992
Virtual karabakh

“Yallı” və “Dədə Qorqud irsi” UNESCO-nun siyahısında - YENİLƏNİB + VİDEO

“Dədə Qorqud irsi” YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Oxu.Az-ın noyabrın 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Ssiyahısına daxil edilib.

13:28

Noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə yaydıqları bəyanatda bildirilib. 

Vurğulanıb ki, nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkənin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır.

“Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılmış və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib.

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan - ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır”, - bəyanatda qeyd olunub.

12:47

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ənənəvi kollektiv rəqsi olan “Yallı” (“Köçəri”, “Tənzərə”) bu gün qorunmaya təcili ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

Oxu.Az UNESCO-ya istinadən xəbər verir ki, Azərbaycanın sifarişinə Mavrikiyanın Port-Lui şəhərində noyabrın 26-dan dekabrın 1-dək keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 13-cü iclasında baxılıb və qəbul edilib. 

Qeyri-mədəni irs siyahısına təcili qorunmaya ehtiyacı olan elementlər daxil edilib. Bu gün bu siyahıda 52 elementin adı daxildir və komitənin konvensiyası iştirakçı ölkələrə zəruri olan irsin burada maraqlı olan icmaların iştirakı ilə ötürülməsinə imkan verir. 

Qeyri-mədəni irs siyahısına bundan əvvəl Qarabağ atları üzərində çövkən oyunu daxil edilib.

Qeyd edək ki, bu, Azərbaycanın komitənin iclası çərçivəsində birinci nominasiyadır. Reprezentativ siyahıya daxil edilməsi üçün növbəti sifariş Azərbaycan, Qazaxıstan və Türkiyə tərəfinin birgə təşəbbüsü ilə “Dədə Qorqud irsi” dastanı ilə bağlıdır. Ümumilikdə, bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına 40 sifariş təqdim edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri