Dek
2018
17:59
97
24
6566
Virtual karabakh

Xalq artisti akademiklə razılaşmadı

3 Dek, 2018
17:59
6566

Xalq artisti akademiklə razılaşmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan teatrında aktyor potensialı həmişə yüksək olub. Ötən əsrin 50-80-ci illərində Azərbaycan teatrı istər dramaturgiya, istər rejissura, istər aktyor ifası baxımından ən mükəmməl vəziyyətdə idi.

Oxu.Az xəbər verir ki, bunu görkəmli sənətkar, Xalq artisti Ramiz Məlik akademik Nizami Cəfərovun saytımızdakı müsahibəsində səsləndirdiyi  “Azərbaycanda aktyor işi zəifdir” sözlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, nəsillərin dəyişməsi, dramaturgiyanın zəifliyi, peşəkar rejissuranın olmaması, şübhəsiz ki, aktyor sənətinə də öz təsirini göstərəcək. 

“Aktyor, yaradandır! Ona verilən material mükəmməldirsə, o, əzmkarlıq göstərib, ortaya bir şey qoyacaq. Hazırda bir-iki dramaturq, bir-iki peşəkar rejissorlarla teatrı istənilən səviyyəyə çatdırmaq mümkün deyil.

Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Vaqif Əsədov, bunlar peşəkar rejissorlar kimi bacardıqları qədər vəziyyətdən çıxmağa çalışırlar. Eyni zamanda, vaxtı ilə aktyora, tamaşaya, rejissor işinə görə tamaşaçılar teatra axın edirdilər.

Mən onunla razı deyiləm ki, tamaşaçılar sosial dəbə görə teatra gəlirdilər. Tamaşaçılar teatra öz mənəviyyatını zənginləşdirmək, dünyagörüşünü artırmaq, mənəvi qida almaq üçün gəlirdilər. Həm də teatrların yükşəlişi təkcə teatrlardan asılı deyil, ictimaiyyətin teatrlara qayğısı yüksək olmalıdır. Teatrları xalq, dövlət qorumalı, onların inkişafı üçün əməli tədbirlər görməlidirlər”, - deyə Xalq artisti əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri