22 
Dek
2018
20:42
91
54
6911
Virtual karabakh

“Yersiz istehsal”: dünya hitləri milli ifada - VİDEO

22 Dek, 2018
20:42
6911

“Yersiz istehsal”: dünya hitləri milli ifada - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış azərbaycanlı prodüserlər Nigar HacızadəEmin Əfəndi “Yersiz İstehsal” adlı müştərək musiqi layihəsini təqdim ediblər.

Oxu.Az xəbər verir ki, layihədə “The Voice of Azerbaijan” müsabiqəsinin qalibi Emiliya Yaqubova dünyanın ən çox dinlənilən mahnılarını milli kalorit qataraq ifa edib.

Layihənin rəsmi “YouTube” kanalına artıq ilk videoçarx - əfsanəvi müğənni Maykl Ceksonun “Black or White” mahnısının “cover” versiyası yerləşdirilib.

Bu layihə üzərində peşəkar və kreativ komanda çalışır. Layihənin musiqi rəhbəri Anar Keytarmandır.

Layihənin məqsədi Azərbaycanın milli musiqi alətlərinin təbliğatı və ölkə xaricində populyarlaşdırılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri