Yan
2019
13:51
223
27
5559
Virtual karabakh

Deputat: Nizami Gəncəvi ilə bağlı məsələdə günahı özümüzdə aramalıyıq

5 Yan, 2019
13:51
5559

Deputat: Nizami Gəncəvi ilə bağlı məsələdə günahı özümüzdə aramalıyıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dahi Azərbaycan şairi Nizami Gəncəviyə münasibətdə bizi nigaran qoyan mövqelər səngimirsə, günahı ilk növbədə özümüzdə aramalıyıq.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, akademik Rafael Hüseynov dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəzi müəlliflər, o cümlədən, ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən fars şairi kimi təqdim edilməsi cəhdlərinə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, Nizami Gəncəvi Azərbaycan xalqının iftixar qaynaqlarındandır.

“Əbədi vüqar və zövq daşıyıcılarımıza əlbəttə ki, həmişə ikiqat, üçqat həssaslıqla yanaşmalıyıq.

Nizamiyə münasibətdə bizi nigaran qoyan mövqelər səngimirsə, günahı ilk növbədə özümüzdə aramalıyıq.

Şəxsən mən bir ədəbiyyatçı, söz adamı olaraq ən əvvəl özümü suçlu sayıram.

Demək, az yazmışam, az demişəm, Azərbaycan sərhədlərindən kənarlarda Azərbaycan şairi Nizamini yetərincə və lazımi səviyyədə təqdim etməmişəm ki, belə istənilməz hallar ortaya çıxır.

Ona görə də mən özümü də, digər səriştəsi, imkanı, gücü çatanları da bu müqəddəs qoruyuculuq səmtində müdam səfərbər olmağa dəvət edirəm.

ABŞ dövlət katibinə rəsmən məktub yazıb göndərdim və ümid edirəm ki, cavab da alacağam...”, - deyə, akademik sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri