15 
Yan
2019
13:39
803
173
8915
Virtual karabakh

Leyla Əliyevanın oğlu “Zima” festivalında çıxış edəcək

15 Yan, 2019
13:39
8915

Leyla Əliyevanın oğlu “Zima” festivalında çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 16-da Heydər Əliyev Sarayında estrada musiqisi üzrə “Zima” uşaq musiqi festivalının növbəti mövsümü start götürür.

Oxu.Az xəbər verir ki, festivalda  həm ölkəmizdən, həm də uzaq və yaxın regionlardan olan istedadlı uşaqlar iştirak edəcək.

“Zima” festivalında iştirak üçün seçim turundan yalnız 24 gənc istedad keçə bilib, onlardan üçü xaricidir.

Festivalın iştirakçılarından biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın xalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarovdur.

“Əlinin 10 yaşı var. O, “Oxbridge Academy”də oxuyur. Asudə vaxtlarında dostları ilə “Fortnite” onlayn videooyununu oynayır, musiqi dinləyir. Ən sevimli ifaçısı - Elceydir, məhz onun sayəsində Əlidə özünü təkcə onlayn oyunlara deyil, həm də musiqiyə həsr etmək istəyi yaranıb. Əlinin tezliklə Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm çıxış etməsini arzulayırıq”, - deyə beynəlxalq uşaq musiqi festivalının Instagram səhifəsində qeyd olunur.

Qeyd edək ki, uşaq musiqi festivalının iştirakçıları diplomlarla təltif olunacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri