29 
Yan
2019
15:21
89
51
2956
Virtual karabakh

“Azərbaycan SSR” pavilyonunun restavrasiyasına başlanıldı

Mütəxəssislər Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan SSR” pavilyonunun restavrasiyasına başlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Moskva şəhər mədəniyyət idarəsinin mətbuat xidməti məlumat yayıb. 

Restavrasiya işləri zamanı 1939-cu ildə tikilmiş binanın dekorativ elementləri saxlanılacaq. Restavrasiya işlərinin bu ilin iyulunda bitməsi planlaşdırılır. 

Moskva şəhər mədəniyyət idarəsinin rəhbəri Aleksey Yemelyanovun sözlərinə görə, hazırda mütəxəssislər tarixi işıq çalarları, stükoqrafik rəsm parçaları və mərmər sütunları aşkar ediblər.

Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcəli Stalin mükafatını alıblar. 

Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə “Stalin” ekletikası üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portalla ifadə olunub. Fasad Azərbaycan naxışları, qızılı rəngdə üzüm ornamentləri ilə bəzədilib.

Portikanın frizində Azərbaycan və rus dillərində “Azərbaycan SSR” yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdir. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-nin sənaye sahəsindəki (xüsusilə də neft hasilatı), heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və həyat sahələrindəki nailiyyətlərinə həsr edilib.

1959-cu ildə pavilyon rekonstruksiya olunub. 1964-cü ildə pavilyonun ekspozisiyası dəyişdirilib və pavilyonda “Hesablama texnikası” sərgisi yerləşdirilib. Bu ekspozisiyada Sovet dövründə yaranmış elektron texnikalar və hesablama maşınları nümayiş etdirilib.

1967-ci ildə pavilyon memar L.I.Marinovskinin layihəsinə əsasən yenidən qurulub, onun görünüşünü tamamilə dəyişdirilib. Binanın baş fasadı metal qutu ilə bağlanıb. Yeni fasadda «ВТ» (rus. «Вычислительная техника») hərfləri quraşdırılıb. Eyni zamanda, köhnə eksteryer yenidənqurma zamanı zədələnməmiş və içəridə qalıb.

1990-cu ildə ekspozisiya ləğv edilib və pavilyon ticarət məqsədləri üçün istifadə olunub. 2013-cü ilə qədər pavilyonda mum heykəllər muzeyi yerləşdirilib. 2014-cü ildə pavilyon bərpa edilib və 1967-ci ilin görünüşü qaytarılıb.

2016-cı ildə pavilyonun orijinal görünüşü qaytarılıb və rəsmi olaraq Azərbaycana icarəyə verilib. 

Pavilyonda Azərbaycan ticarət və sərgi mərkəzinin yaradılması planlaşdırılır.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri