Fev
2019
12:21
40
212
3106
Virtual karabakh

Polad Bülbüloğlu: Özümü pasportumda göstərilən yaşda hiss etmirəm

4 Fev, 2019
12:21
3106

Polad Bülbüloğlu: Özümü pasportumda göstərilən yaşda hiss etmirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan SSR Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, bəstəkarı və müğənni Polad Bülbüloğlunun 74 yaşı tamam olur. 

Rusiyanın “Veçernaya Moskva” nəşrinə danışan P.Bülbüloğlu hazırda Bakıda olduğunu, həyatında çoxlu işlər və hadisələr olduğu üçün yaradıcılığa vaxt ayıra bilmədiyini deyib.

“Növbəti ildə 75 yaşım tamam olacaq. Ona görə də indidən yubileyimi mokvalılar və bakılılarla birlikdə keçirmək haqqında düşünürəm. Bu, konsert və ya televiziya verilişi formatında ola bilər. Hələlik qərar verməmişəm. Düzünü desəm, özümü pasportumda göstərilən yaşda hiss etmirəm. Rusiya və Azərbaycanda çoxlu dostlarım var. Onlarla münasibətləri qorumaq lazımdır. Həyat davam edir”, - o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri