Fev
2019
11:00
28
142
4212
Virtual karabakh

Hacı İsmayılov: Teatrlarda vəziyyət dəyişib - VİDEO

9 Fev, 2019
11:00
4212

Hacı İsmayılov: Teatrlarda vəziyyət dəyişib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar bayağı musiqilərin, teleserialların, filmlərin sayı durmadan artır.  

Bayağılaşan hər şey zövqümüzü korlayır, seçim imkanlarından məhrum edir. Hər halda  pis vərdişlərimizi yaxşılarla da əvəzləyə bilərik. Məsələn teatra getmək kimi. 

Teatrlarımızın fəaliyyəti ilə tanış olmaq üçün Oxu.Az müxbirləri  Azərbaycan Akademik Milli Dram Teatrında olub. 

Yaradıcı heyət Cəlil Məmmədquluzadənin “Ölülər”ini yenidən “canlandırmağa” hazırlaşırdı.

Tamaşa başlamazdan öncə bir az söhbətləşdik. “Ölülər” tamaşasında üçüncü dəfədir iştirak etdiyini deyən xalq artisti Hacı İsmayılov bildirdi ki, əvvəllər tamaşaçılar teatra az gəlirdi, tamaşa bitmədən isə zalı tərk edirdilər. İndi isə vəziyyət bir az dəyişib. Repertuarların çoxalması ilə tamaşalara gələnlərin sayı da artıb. 

Mirzə Hüseyn obrazını ifa edən aktyor qeyd edib ki, “Ölülər” tamaşası bu gün də zamanla səsləşir. 

Rejissor Anar Babalının sözlərinə görə, Akademik Milli Dram Teatrının tamaşaları beynəlxalq festivallarda iştirak edir. 

Müsahibimiz deyir ki, yerli vətəndaşlarla yanaşı tamaşalara xaricilər də gəlir.

İlhamə Kələyeva, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri