22 
Fev
2019
13:27
371
249
7408
Virtual karabakh

Hacı Şahin aparıcılığa başlayır

22 Fev, 2019
13:27
7408

Hacı Şahin aparıcılığa başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış ilahiyyatçı Hacı Şahin  Mədəniyyət TV-də “Haqqın dərgahı” verilişini aparacaq.

Bu barədə Oxu.Az-a AzTV-nin mətbuat xidmətinin katibi Xatirə Qasım məlumat verib.

Onun sözlərinə görə, bu qərar verilişin əvvəlki aparıcısı akademik Vasim Məmmədəliyevin şəxsi istəyidir:

“V.Məmmədəliyev verilişin gənc aparıcı tərəfindən aparılmasını istədi. Lakin Vasim müəllim tez-tez özü də bu verilişin qonağı olacaq”. 

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Report.az saytı yayıb.

“Haqqın dərgahı” verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri