19 
İyl
2014
09:56
18
149
11611
Virtual karabakh

Azər Mirzəyev vəfat etdi

19 İyl, 2014
09:56
11611

Azər Mirzəyev vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor bu gün Sabirabad rayonunda dəfn ediləcək.

Respublikanın əməkdar artisti, aktyor Azər Mirzəyev dünyasını dəyişib.

Bu haqda Oxu.Az-a aktyor Elnur Kərimov məlumat verib.

Məlumata görə, aktyor ötən gecə saat 03.00-da rəhmətə gedib. Bu gün Azər Mirzəyev Sabirad rayonunda dəfn ediləcək.

Aktyorun ölümünə səbəb keçirdiyi  infarkt və insult olub.

Xatırladırıq ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri