21 
İyl
2014
19:25
11
0
1214
Virtual karabakh

Aydın Qaradağlının adına küçə verildi

21 İyl, 2014
19:25
1214

Aydın Qaradağlının adına küçə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısının 85 illik yubileyi qeyd olunacaq.

Avqust ayının 20-də əfsanəvi diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunacaq.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, Aydın Qaradağlı Azərbaycanda diktorlar arasında ilk dəfə olaraq Əməkdar artist adına layiq görülüb.

Yubiley münasibətilə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Siyəzən şəhərindəki Məşədi Əzizbəyov küçəsinin adı dəyişdirilərək Aydın Qaradağlı adı ilə əvəzlənib. Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri