22 
İyl
2014
11:56
8
36
3341
Virtual karabakh

Bakıda məşhurların paparatsi fotoları sərgilənəcək - FOTO

22 İyl, 2014
11:56
3341

Bakıda məşhurların paparatsi fotoları sərgilənəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paparatsi! Fotoqraflar, ulduzlar və rəssamlar” sərgisi 3 hissəyə bölünüb.

Yaxın zamanda Heydər Əliyev Mərkəzində “Paparatsi! Fotoqraflar, ulduzlar və rəssamlar” sərgisi keçiriləcək.

Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, ilk dəfə Frankfurtun “Schirn Kunsthalle” muzeyində açılan sərgidə vizual incəsənətə və moda fotoqrafiyasına təsir edən 500 iş və sənəd sərgilənib. 

Şəkillərdə Manhettendə gəzən Ceki Kennedini, Ledi Dini, kameralardan qaçan Peris Hilton və Britni Spirs kimi məşhurları görmək olar.

Ron Qalella, Paskal Rosten, Bruno Muron və ya Tatsio Sekkyaroli kimi məşhur paparatsilərin fotoları ilə bir sırada Sindi Şerman, Qerhard Rixter, Eundi Uorhol, Barbara Kryuqer, Pol MakKarti, Riçard Avedon kimi rəssam və fotoqrafların işlərini də görmək olar.

“Paparatsi! Fotoqraflar, ulduzlar və rəssamlar” sərgisi 3 hissəyə bölünüb. İlk hissə ziyarətçiləri kübar tədbir fotoreportajlarından və “paparatsi” anlayışının yaranmasından (bu Federiko Felininin 1960-cı ilə “Şirin həyat” filminin ekranlara çıxmasından sonra baş verib) müasir rəssamların əsərləri olan zallara qədər aparır, fotoqraflar və məşhurların əlaqəsindən bəhs edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri