22 
İyl
2014
17:54
15
29
1668
Virtual karabakh

“28 Cinema” Türkiyədə böyük maraqla gözlənilən filmin nümayişinə start verib

22 İyl, 2014
17:54
1668

“28 Cinema” Türkiyədə böyük maraqla gözlənilən filmin nümayişinə start verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filmin rejissoru Serhan Arslan və Ruhi Yapıcıdır.

Hər zaman ən son və gözlənilən filmləri nümayiş etdirən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” təbii meyvə şirələri olan “Plus More” şirkətinin sponsorluğu ilə böyük maraqla gözlənilən filmin nümayişinə start verib.

Oxu.Az xəbər verir ki, kinoteatr Türkiyənin ən yaxşı filmlərini nümayiş etdirmək ənənəsinə sadiq qalaraq, iyul ayının 17-dən etibarən “Kendime iyi bak” filmini nümayiş etdirir.

Film bir müddətdir birlikdə olan və evlilik qərarı verən gənc bir cütlük haqqındadır. Artıq Yeşim və Əmrənin toylarına bir həftə qalıb və son hazırlıqlar davam etməkdədir. Əmrə dəvətnamələrini vermək üçün yoldaşları ilə görüşür və bu görüşə köhnə sevgilisi Begüm də gəlir. Həmin görüş Emrənin Yeşimlə olan əlaqəsinə təsir edir. Əmrə indi toyuna bir həftə qalmış iki qadın arasında sıxışıb qalıb.

Film Türkiyə istehsalıdır. Filmin rejissoru Serhan Arslan, Ruhi Yapıcı, rollarda isə Aslı Tandoğan, Begüm Birgören və Çağdaş Onur Öztürk kimi məşhur türk aktyorları çəkilib.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın  www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri