23 
İyl
2014
09:48
32
9
1930
Virtual karabakh

“Nəqşicahan – Naxçıvan” sənədli filmi Türkiyə kanalında yayımlanacaq

23 İyl, 2014
09:48
1930

“Nəqşicahan – Naxçıvan” sənədli filmi Türkiyə kanalında yayımlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvandakı tarixi abidələr də filmin əsas süjet xəttidir.

Türkiyənin “TRT AVAZ” kanalında “Nəqşicahan – Naxçıvan” sənədli filmi nümayiş olunacaq.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi  münasibətilə TRT-nin Bakı ofisinin nümayəndəsi Emrah Timuçin Yazıcının hazırladığı sənədli film 2 hissədən ibarətdir.

Filmdə Naxçıvanın tarixinə diqqət yetirilir, 1918-ci ildə Araz-Türk Cümhuriyyətinin qurulması və süqutundan, xilaskar türk ordusunun Naxçıvana köməyə gəlməsindən, Sovet İttifaqının 70 illik əsarəti dövründən və 1990-cı ildə Naxçıvana gələn ulu öndər Heydər Əliyevin qədim diyarı bəlalardan xilas etməsindən ətraflı bəhs olunur.

Naxçıvandakı tarixi abidələr də filmin əsas süjet xəttidir. Əshabi-Kəhf ziyarətgahı, Nuhun məzarı, Möminə Xatın türbəsi, təbii gözəllikləri ilə ziyarətçilərini ovsunlayan Batabat yaylası sənədli filmdə öz əksini tapıb.

“Nəqşicahan – Naxçıvan” sənədli filminin 1-ci hissəsi iyulun 23-də Bakı vaxtı ilə saat 15:00-da “TRT AVAZ” kanalında yayımlanacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri