23 
İyl
2014
11:09
77
18
2523
Virtual karabakh

Flora Kərimova – 73

23 İyl, 2014
11:09
2523

Flora Kərimova – 73

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, Azərbaycan klassik art-estrada janrının banisidir.

Bu gün xalq artisti Flora Kərimovanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, müğənni 1941-ci ildə Bakıda anadan olub.

Flora Kərimova Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası (nümunə üçün “Qayınana” filmində “Dilbər”in ariyası, “Sular qızı” romansı), milli opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada (Sovet Estradası) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.

Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında Leyli kimi çıxış edib.

“Qanun naminə” (1968), “Həyat bizi sınayır” (1972), “Yollar görüşəndə” (f 1979) bədii filmlərində çəkilib.

Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Oxu.Az kollektivi xalq artistini doğum günü münasibətilə təbrik edir!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri