24 
İyl
2014
11:44
4
1
2073
Virtual karabakh

2 Avqust - Milli Kino Günü qeyd ediləcək – FOTO

24 İyl, 2014
11:44
2073

2 Avqust - Milli Kino Günü qeyd ediləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə “Nabat” bədii filminin təqdimatı olacaq.

Xəbər verdiyimiz kimi hər il avqustun ikisi ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bu münasibətlə bu il avqustun 1-də Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Oxu.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və yenifilm.az gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.

Tədbirdə cari ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nabat” bədii filminin təqdimatı olacaq.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə əsas rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandıracaqlar.

Nizami Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri