24 
İyl
2014
13:15
88
11
5117
Virtual karabakh

Yapon və kanadalı tarzənlər – VİDEO

24 İyl, 2014
13:15
5117

Yapon və kanadalı tarzənlər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclərin milli musiqi alətimizdə möhtəşəm ifası zövq oxşadı.

Youtube kanalında əcnəbi gənclərin Azərbaycan muğamını tarda məharətlə ifa edən bir neçə videosu yerləşdirilib.

Oxu.Az ölkəmizdə artıq bizdən biri kimi qəbul olunan həmin gənclərin haqqında qısa arayışı təqdim edir:

Osaka şəhərində dünayaya gələn və orada böyüyüb boya-başa çatan yaponiyalı Yoshito Katanoda hazırda ADA universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Azərbaycan musiqisi və mədəniyyətinə həvəs onda hələ buraya gəlməzdən əvvəl yaranıb. O, internetdə tarda səslənən musiqini dinləyib və qərar verib ki, nə zamansa Azərbaycana gəlsə, mütləq tarda ifa etməyi öyrənəcək.

Yoshito Katanodanın tara olan böyük həvəsinə görə təhsil aldığı universitetin rəhbərliyi əcnəbi tələbəyə tar hədiyyə edib. Əlbəttə ki, həmyerlilərimiz tərəfindən belə addımın atılması çox sevindirici haldır.

Polina Dessiatnitchenko isə Rusiyada doğulsa da 10 yaşından Kanadada yaşayır. Onun Azərbaycan muğamı ilə ilk tanışlığı elə Kanadada olub. O, 2010-cu ildə Torontoda muğam üçlüyünün ifasını dinləyərək muğama, necə deyərlər, sözün əsl mənasında aşiq olub. Həmin vaxtlarda Polina elmi işi üçün orada etnokafedraya müraciət edərək, məhz Azərbaycan musiqisini seçəcəyini bildirib. Kafedra rəhbərliyi onun bu qərarına hörmətlə yanaşaraq gənc xanıma bu sahədə imkan yaradıb.

Toronto Universitetinin musiqi fakültəsində oxuyan Polina  gələcək fəaliyyətini tamamilə muğam sənətinə həsr etməyi düşünür. Kanadalı tarzən Ramiz Quliyev və Aslan Məhərrəmovdan tar dərsləri alır.

Hər iki gənc tarda ifa etməyi öyrənməklə yanaşı konsert proqramlarında da çıxış edirlər.

Bax budur, Azərbaycan muğamının qüdrəti!

Video: Panoram.az
Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri