23 
Avq
2014
11:30
4
27
1307
Virtual karabakh

Media nümayəndələri “28 Cinema”da film nümayişində

23 Avq, 2014
11:30
1307

Media nümayəndələri “28 Cinema”da film nümayişində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kinoteatr “Sənin arvadını sevirəm” filminin nümayişlərinə start verib.

Avqust ayının 21-də jurnalistlər və bloggerlər Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da olublar. Buna səbəb kinoteatrın yeni komediya filminin nümayişlərinə start verməsi olub. Belə ki, yerli media nümayəndələri birgə “Sənin arvadını sevirəm” filmini izləyiblər.

Oxu.Az xəbər verir ki, nümayiş sonrası media nümayəndələri filmi müzakirə ediblər və film haqqında öz fikirlərini bölüşüblər. 

Film Leo adlı yazıçı haqqındadır, hansı ki, dolanmaq üçün qab yuyur. Bununla yanaşı keçmiş arvadı, “Nəyə görə sən axmaqsan” adlı öz super məşhur bloqunda Leonun çoxsaylı çatışmazlıqlarını yazmaqla ictimai məhkəməyə qoyur. Lakin Leo öz arzusunun qadını – Kollet ilə tanış olur. İndi o, Kolleti əldə etmək üçün her şeyə hazırdır və bütün dünyanın onun haqqında səhv fikirdə olduğunu sübut etmək niyyətindədir.

“Sənin arvadını sevirəm” melodrama və komediya janrında çəkilib. Filmin rejissoru Cerimaya S.Çeçik. Filmdə Rayan Kvanten, Sara Kanninq, Rayan MakPartlin, Kristen Xaqer və Ceyms А.Vuds kimi aktyorlar yer alıb.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın  www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri