25 
Avq
2014
15:21
13
3
1015
Virtual karabakh

Dubayda azərbaycanlı rəssamın sərgisi keçiriləcək – FOTOLAR

25 Avq, 2014
15:21
1015

Dubayda azərbaycanlı rəssamın sərgisi keçiriləcək – FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhməd xalçaların məşhur dizaynını müasir əsərlərə çevirir.

Sentyabrın 16-dan noyabrın 30-dək Dubayın "Cuadro Gallery" qalereyasında gənc azərbaycanlı rəssam Faiq Əhmədin sərgisi keçiriləcək.

Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, multimedia rəssamı Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, unikal və müasir məhsullar yaradır. Yundan istifadə edərək, Əhməd xalçaların məşhur dizaynını müasir əsərlərə çevirir.

Gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, 52-ci Venesiya Biennalesinin, Parisdə, Londonda, Berlində, Moskvada, Dubayda keçirilən beynəlxalq sərgi və festivalların iştirakçısıdır. Faiq Əhmədin işləri incəsənət tənqidçilərinin rəğbətini qazanıb, onun xalçalardan biri bu yaxınlarda Londonda "Sotheby's" hərracına çıxarılıb.

Rəssam Viktoriya və Albert muzeyinin "Jameel Prize" mükafatına nominasiya edilib. Mükafat Viktoriya və Albert muzeyi tərəfindən müsəlman ənənəsində çalışan rəssam və dizaynerlərə təqdim edilir. İlin sonunda muzeydə "Jameel Prize" mükafatının qalibinin elan olunacağı sərgi keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri