28 
Avq
2014
15:36
2
2
1154
Virtual karabakh

71-ci Venesiya kinofestivalının açılış mərasimi keçirilib – Fotolar

28 Avq, 2014
15:36
1154

71-ci Venesiya kinofestivalının açılış mərasimi keçirilib – Fotolar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kinofestival sentyabrın 6-dək davam edəcək.

Avqustun 27-də İtaliyada 71-ci Venesiya kinofestivalının açılış mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, festival meksikalı rejissor Alexandro Qonsales İnyarittunun "Berdmen" tragikomediyası ilə açıq elan olunub. Qırmızı xalı üzərində ilk olaraq Edvard Norton, Emma Stoun, Emi Rayan, Maykl Kiton və rejissor Alexandro Qonsales İnyarritu və incəsənət dünyasının tanınmış simaları görünüblər.

Nəzərinizə çatdırırıq ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" tammetrajlı bədii filmi də bu festivalda nümayiş olunacaq.

Filmin ssenari müəllifləri İlqar Fəhmi, Elxan Nəbi və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, rejissoru Rövşən Ağayev, quruluşçu operatoru Əbdülrəhim Bəşəratdir. Baş rolu İrandan dəvət olunmuş məşhur aktrisa Fatimə Motomedareya ifa edir. Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha göz önündə canlandırır.

"Nabat" festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan "Horizontlar" proqramında iştirak edəcək. Bu proqramda yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir.

Qeyd edək ki, 71-ci Venesiya kinofestivalı sentyabrın 6-dək davam edəcək. Bu il əsas baxış müsabiqəsində bütün dünyadan olan rejissorların 20 filmi var.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri