28 
Avq
2014
18:57
5
145
2551
Virtual karabakh

Ramiz Əzizbəyli danışa bilmir

28 Avq, 2014
18:57
2551

Ramiz Əzizbəyli danışa bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Evdə bizim nəzarətimizdədir”.

Xalq artisti Ramiz Əzizbəyli danışa bilmir.

Oxu.Az-ın lent.az-a istinadla xəbərinə görə, R.Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib ki, xalq artistinin ev şəraitində müalicəsi mümkünsüzdür:

“Hazırda Ramiz bəyin səhhəti normaldır. Evdədir. Həkimlər evə gəlmirlər, elə xəstəxanaya aparıb-gətiririk. Danışa bilmir. Danışanda da fikrini ifadə edə bilmədiyinə görə əsəbləşir. Ona görə də danışmağa qoymuruq. Evdə bizim nəzarətimizdədir. Xəstəxanaya pul vermirik, yalnız dərmanlara pulumuz çıxır. Xərcləri özümüz ödəyirik. Buna görə kiməsə ağız açmayacağıq”.

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri