31 
Avq
2014
12:15
136
22
2849
Virtual karabakh

Ərdoğan Bakı səfərini anonsladı

31 Avq, 2014
12:15
2849

Ərdoğan Bakı səfərini anonsladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dayanmaq yox, yola davam etmək lazımdır”.

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə İstanbula gəlib. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Ərdoğanı Kısıklı qəsəbəsindəki evinin önündə tərəfdarları qarşılayıb.

Tərəfdarları qarşısında çıxış edən Ərdoğan milli iradənin hər şeydən üstün olduğunu ifadə edib: “Dayanmaq yox, yola davam etmək lazımdır. Prezident postuna məni namizəd gördünüz. Artıq dünya gündəmini müəyənlədirən bir Türkiyə var”.

Daha sonra Türkiyənin yeni prezidenti edəcəyi səfərlərdən danışıb: “İnşallah bazar ertəsi günü Şimali Kiprə, çərşənbə axşamı isə Azərbaycana gedəcəyik. Daha sonra NATO sammitində iştirak etmək üçün İngiltərəyə gedəcəyik. BMT-nin konfranslarında iştirak edəcəyik. İstanbul isə mənim aşkım, sevdamdır. Haqqınızı hallal edin”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri