15 
Sen
2014
11:25
6
0
966
Virtual karabakh

Oqtay Mirqasımovun filmi X Kazan Beynəlxalq Müsəlman kinosu festivalının qalibi olub

15 Sen, 2014
11:25
966

Oqtay Mirqasımovun filmi X Kazan Beynəlxalq Müsəlman kinosu festivalının qalibi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi”.

Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi X Kazan Beynəlxalq Müsəlman Kino Festivalında “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında qalib olub.

Oxu.Az AzərTAc-a  istinadla xəbər verir ki, kinofestivalın bağlanış mərasimində kinofestivalın qaliblərinin adları açıqlanılıb. Xorvatiyalı rejissorun “Həlimənin yolu” filmi “Ən yaxşı tammetrajlı bədii film” hesab edilib. Bu nominasiyada qələbə uğrunda daha 9 film mübarizə aparırdı.

“Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında rejissor Oqtay Mirqasımovun (Azərbaycan) “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi və rejissor Salem Salavatinin (İran) “Keçən il qışda” filmləri qalib olublar.

Braziliyalı rejissor Marsio Kurinin “Son dayanacaq” filminin ssenarisi tammetrajlı bədii filmin ən yaxşı ssenarisi hesab edilib.
Belarusdan olan rejissor Andrey Qrebenkinin “Babu” filmində çəkilən Tamara Mironova tammetrajlı bədii filmdə ən yaxşı qadın roluna görə mükafata layiq görülüb.
“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında İtaliya və Əfqanıstan kinematoqraflarının “Əfqanıstan 2014 - təfərrüatları ilə” filmi seçilib.

Rejissor Sufian Berriçinin “Kaliforniyalı müsəlmanlar” filmi ən yaxşı qısametrajlı sənədli film nominasiyasında Fransaya mükafat qazandırıb.

Rejissor Faysal Soysalın (Türkiyə) “Dörd yol ayrıcında” filmi “TÜRKSOY” Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının xüsusi mükafatına layiq görülüb.

Rusiya kinoşünaslar və kino tənqidçiləri gildiyasının diplomu “Şəxsi yer” filminə ( rejissor Camal Əl-Qhaylan, Bəhreyn Krallığı) verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri