16 
Sen
2014
14:39
7
1
1158
Virtual karabakh

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

16 Sen, 2014
14:39
1158

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festivalda 55 nəfər tanınmış musiqiçi və kollektivlər iştirak edəcəklər.

Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 nəfər tanınmış musiqiçi və kollektivlər iştirak edəcəklər.

Nazirlikdən bildiriblər ki, azərbaycanlı və xarici musiqiçilərin konsert proqramlarında birgə çıxışlar festivalın əsas ideyasını - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir. Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılıb.

Festival çərçivəsində musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın "Fiqaronun toyu" operasının premyerası nümayiş olunacaq. Həmçinin Azərbaycan Dövlət Filarmoniyasında Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konserti təqdim ediləcək.

Festival proqramında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" adlı elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konserti və Muğam Ensiklopediyasının təqdimat mərasimi keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri