18 
Sen
2014
10:46
2
1
805
Virtual karabakh

Azərbaycan ilk dəfə “Arena di Verona”nın səhnəsində

18 Sen, 2014
10:46
805

Azərbaycan ilk dəfə “Arena di Verona”nın səhnəsində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu konsert vasitəsilə musiqimizin zənginliyini İtaliya xalqına çatdırmağa çalışdıq”.

Azərbaycan musiqi tarixində möhtəşəm “Arena di Verona”nın səhnəsində yer almaq ilk dəfə bizə qismət oldu. Belə bir uğura imza atmaq üçün uzun zamandır səy göstərirdik. Konsertdə İtaliyanın tanınmış simfonik orkestri “Orchestra İtaliana del Cinema”nın və “Qarabağ” muğam ansamblının birgə çıxışı xüsusi maraqla qarşılandı.

Bu sözləri İtaliyanın Verona şəhərində keçirilən Azərbaycan musiqisi konsertinin iştirakçısı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Yalçın Adıgözəlov deyib.

Azərbaycan-İtaliya əlaqələrindən danışan tanınmış dirijor bildirib ki, bu cür konsertin təşkili ölkələrimiz arasındakı mədəni münasibətlərə mühüm töhfə verəcək.

Y.Adıgözəlov deyib: “Konsertin sonunda “Qarabağ” muğam triosunun müşayiəti ilə xalq artistləri Mənsum İbrahimovun və Aygün Bayramovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi” arenaya toplaşan musiqisevərləri ayağa qaldırdı. Bu konsert vasitəsilə musiqimizin zənginliyini İtaliya xalqına çatdırmağa çalışdıq”.

Konsertin təşkilatçılarına minnətdarlığını bildirən məşhur dirijor dövlətimiz tərəfindən Azərbaycan musiqisinə göstərilən diqqət və qayğıdan bəhs etdi. Diqqətə çatdırdı ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müvafiq istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri