18 
Sen
2014
14:11
5
2
883
Virtual karabakh

Türkiyənin məşhur caz qrupu Bakıya gəlir - FOTO

18 Sen, 2014
14:11
883

Türkiyənin məşhur caz qrupu Bakıya gəlir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konsertə giriş pulsuzdur.

Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda möhtəşəm “Türkiyə Caz Festivalı” keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, 10-17 oktyabr tarixləri arasında keçiriləcək festivalın ilk günündə  çıxış edəcək qrup rəhbəri Bora Çeliker, Azərbaycanda keçiriləcək bu möhtəşəm festivalda iştirak etməsindən məmnun olduğunu qeyd edib.

Onu da deyək ki, Bora Çeliker gitara çalmağa 1988-ci ildə başlayıb. Universitet illərində  Ankarada “The Crawling Snakes”, “The Jukes (1996)” və “The King Bees (1997)” adlı qrupların rəhbəri olub. Bora Çeliker Türkiyədə keçirilən bir çox caz festivallarında iştirak edib.  1999-cu ildə qurduğu  “Janusz Szprot” qrupu ilə peşəkar şəkildə caza başlayıb.  Eyni ildə  İstanbuda 92.3 Radiosunda “Blues Makinası” proqramını aparıb. 

2005-ci ildə Hərbiyə Açıq Hava Teatrında caz ustası Sarp Madenle birlikdə səhnəyə çıxıb. Universitet illərində musiqini çox yüksək səviyyədə bilən Bora ilk albomunu 2013-ci ildə Borabook adı ilə çıxarıb. 

Qeyd edək ki, Bora Türkiyədə ən önəmli caz ustadlarından biridir. O, Türkiyə  cazının inkişafında  çox böyük rol oynayıb.

Məlumat üçün bildirək ki, Bora Çeliker Trio dinləmək istəyən azərbaycanlı musiqisevərlər 10 oktyabr saat 21.30-da Park Bulvarda yerləşən “Zeytun”a gedə bilərlər. 

Konsertə giriş pulsuz olacaq.   

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri