23 
Sen
2014
20:00
52
8
853
Virtual karabakh

Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

23 Sen, 2014
20:00
853

Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arşın mal alan” operettası səhnəyə qoyulduğunu xatırlanıb.

2015-ci ilin oktyabrında Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən APA - ya verilən məlumata görə, sentyabrın 23-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, Avropanın mədəniyyət paytaxtları müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşü zamanı bununla bağlı müzakirələr aparıb.

Nazir müavini bildirib ki, 2000-ci ildən başlayaraq Avstriya-Azərbaycan mədəni əlaqələri mühüm inkişaf yolu keçib. O, 2003-cü ildə Avstriyada Qız qalası abidəsinin açılışının olduğunu, 2006-cı ildə Vyanada Üzeyir Hacıbəylinin abidəsinin ucaldıldığını və dahi bəstəkarın “Arşın mal alan” operettası səhnəyə qoyulduğunu xatırladıb.

Ə. Vəliyev həmçinin Azərbaycanda Avstriya mədəniyyəti günlərinin keçirilməsini, Vyananın musiqi kollektivlərinin Üzeyir Hacıbəyli və Qara Qarayev adına beynəlxalq musiqi festivallarında, eləcə də Qəbələ musiqi festivalında iştirakını, azərbaycanlı bəstəkar Əyyub Quliyevin Vyana kamera orkestri ilə birgə çıxışını, Avstriya bəstəkarı Arnold Şönberqin “İntizar” monodramının Bakıda tamaşaya qoyulmasını yada salıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri