Okt
2014
17:00
30
11
1341
Virtual karabakh

Nobel mükafatının sahibi bəlli olub

9 Okt, 2014
17:00
1341

Nobel mükafatının sahibi bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yazıçı bu mükafata “insan taleyini əks etdirən memuarlar”a görə layiq görülüb.

2014-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçısı Patrik Modianoya verilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, yazıçı bu mükafata “insan taleyini əks etdirən memuarlar”a görə layiq görülüb. 
 
Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il kanadalı yazıçı Elis Munroya verilib.
 
Patrik Modiano 1945-ci ildə Fransada doğulub. “Ulduz meydanı”, “Balaca Biju”, “Gecə vaxtı bədbəxtlik”, “İtirilmiş gənclik kafesi” və s. kitabların müəllifidir. Əsərləri avtobioqrafikdir və əsasən İkinci Dünya müharibəsi xatirələri ilə bağlıdır. O, Kann kinofestivalının münsifi olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri