10 
Okt
2014
13:05
84
8
2626
Virtual karabakh

Azərbaycan filmi “Oskar” ala bilər - VİDEO

10 Okt, 2014
13:05
2626

Azərbaycan filmi “Oskar” ala bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Film indiyə qədər bir neçə nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb.

Rejissor Elçin Musaoğlunun “Nabat” filmi “Oskar” mükafatına təqdim olunub.

Oxu.Az xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından APA-ya verilən məlumata görə, film indiyə qədər bir neçə  nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb.

Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri oynayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri