11 
Okt
2014
12:00
1
1
917
Virtual karabakh

Bakıda “Türkiyə Caz Festivalı”nın açılış mərasimi oldu - FOTO

11 Okt, 2014
12:00
917

Bakıda “Türkiyə Caz Festivalı”nın açılış mərasimi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konsertdə Türkiyənin məşhur caz ustası çıxış edib.

Ötən gün Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “Türkiyə Caz Festivalı”nın açılış mərasimi olub.

Oxu.Az-ın məlumatına görə, 10-16 Oktyabr tarixləri arasında keçiriləcək festivalın ilk günündə Türkiyənin Azərbaycandakı səfiri cənab Alper Coşkun da iştirak edib.

Cənab səfir Alper Coşkun Azərbaycanda belə bir festivalın keçirilməsindən çox məmnun olduğunu qeyd edib:

“Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq əlaqələrimiz hər sahədə sürətlə inkişaf etməkdədir. Biz sənət və mədəniyyəti birləşdirməyə və hər iki sahəni daha da inkişaf etdirməyə böyük önəm veririk. Bu dəfə də Türkiyə caz ustadlarını, Bakıdakı musiqisevərlərlə görüşdürmək istədik. Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülüb. Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürurdur. Biz  “Türkiyə Caz Festivalı”na, Türkiyədən ən dəyərli caz ustalarını dəvət etdik. Ümid edirik ki, Azərbaycanlı qardaşlarımızın xoşuna gələcək”.

Açılış mərasimində festivalın təşkilatçısı, Türkiyənin məşhur ifaçısı Oya Ergün çıxışında cazı çox sevdiyini və Bakıda caza bir daha vurğun olduğunu söyləyib.

Daha sonra festivalın açılış konsertini etmək üçün Türkiyənin məşhur caz ifaçısı Bora Çeliker səhnəyə çıxıb.

B.Çeliker, Bakı musiqsevərləri üçün bir-birdən dəyərli caz  musiqilərini ifa edib. Caz ifaçısı,  Azərbaycanda keçiriləcək bu möhtəşəm  festivalda iştirak etməsindən  məmnun olduğunu söyləyib.

Məlumat üçün bildirək ki, oktyabr aynın 10-dan 16-ə qədər davam edəcək “Türkiyə Caz Festivalı” çərçivəsində, Türkiyədən bir çox tanınmış caz ustaları, Azərbaycana gələcək. Onların sırasında Senem Diyici, “Hijazz” qrupu, Şenay Lambaoğlu, Evrim Demirel və başqaları var.

Festivalın son günü, yəni 16 oktyabrda Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı Oya Ergünün konserti olacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri