11 
Okt
2014
15:51
49
31
1398
Virtual karabakh

Bakıda I Türkiyə Caz Festivalının açılışı olub - FOTO

11 Okt, 2014
15:51
1398

Bakıda I Türkiyə Caz Festivalının açılışı olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən cazı çox sevirəm amma, Bakıda bir başka sevdim”.

Türkyənin Azərbaycandakı Səfirliyinin təşəbbüsilə Bakıda 1-ci dəfə keçirilən “Türkiyə Caz Festivalı”nın açılışı mərasimi olub. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 10-16 Oktyabr tarixləri arasında keçiriləcək festivalın ilk günündə Türkiyənin Azərbaycandakı səfiri cənəb Alper Coşkun da iştirak edib.

Açılış gündə ilk olaraq festivalın təşkilatçısı, Türkiyənin məşhur ifaçısı Oya Ergün çıxış edərək bildirib ki, Bakı belə bir festival təşkil etmələri onu çox sevindirir: 

“Mən cazı çox sevirəm amma, Bakıda bir başka sevdim. Azərbaycanda Türkiyə Caz Festival keçirməkdə bizə dəstək olan, Türkiyənin Azərbaycandakı səfirliyinə özəliklə cənəb Alper Coşkuna öz təşəkkürlərimi bildirəm”.

Cənab səfir Alper Çoşkun da öz növbəsində çıxış edərək Azərbaycanda belə bir festival keçirmələrindən çox məmnun olduğunu qeyd edib: 

“Azərbaycanla, Türkiyə arasında tarixi qardaşlıq əlaqələrimizin hər sahədə sürətlə inkişaf etməkdədir. Biz sənət və mədəniyyəti birləşdirməyə və hər iki sahəni canlı tutmağa böyük önəm veririk. Bu dəfə də, Türkiyə caz ustadlarını , Bakıdakı musiqisevərlərlə görüşdürmək istədik. Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülüb. İncəsənət sahəsində, ən əsası, caz da daxil olmaqla musiqisi dünyada hörmətlə tanınan Azərbaycanda bu festival təşkil etmək bizim üçün böyük bir qürurdur. Biz “Türkiyə Caz” festivalına, Türkiyədən ən dəyərli caz ustalarını dəvət edtdik. Ümid edirik ki, Azərbaycanlı qardaşlarımızın xoşuna gələcək”.

Daha sonar festivalın açlış konsertinin etmək üçün, Türkiyənin məşhur caz ifaçısı Bora Çeliker səhnəyə çıxıb. B.Çeliker, Bakı musiqsevərləri üçün bir-birdən dəyərli caz musiqilərini ifa edib. Caz ifaçısı, Azərbaycanda keçiriləcək bu möhtəşəm festivalda iştirak etməsindən mənun olduğun söyləyib.

Məlumat üçün bildirək ki, oktyabr aynın 10 dan 16 qədər davam edəcək Türkiyə Caz Festivalı çərçivəsində Türkiyədən bir çox tanınmış caz ustaları Azərbaycana gələcək. Onların sırasında Senem Diyici, Hijazz qrupu, Şenay Lamdaoğlu, Evrim Demirel Ensemble və başkaları var.

Festivalın son günü yəni 16 oktyabr, Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı Oya Ergünün konserti olcaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri