17 
Okt
2014
14:23
3
3
760
Virtual karabakh

Heydər Əliyev Sarayında bayram konserti keçiriləcək

17 Okt, 2014
14:23
760

Heydər Əliyev Sarayında bayram konserti keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə ölkənin tanınmış simaları çıxış edəcəklər.

Heydər Əliyev Sarayında oktyabrın 31-də  Dövlət Müstəqilliyi (18 Oktyabr) və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 Noyabr) ilə əlaqədar “Yaşasın müstəqilliyimiz, ucalsın bayrağımız” adlı konsert keçiriləcək.

Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əməkdar artist Eldar Məmmədovun rəhbərliyi ilə instrumental ansamblın müşayiət edəcəyi bayram konsertində Respublikanın xalq artistləri Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər  Zöhrə Abdullayeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Mətanət İsgəndərli, Teyyub Aslanov, tanınmış sənətçilər Rəşad İlyasov, Rüfət Axundov, Cəlal Abbasov, Samir Piriyev, Əlikram Bayramov, Zabitə Alıyeva, meyxanaçı Ağamirzə və “Rasimlər” folklor qrupu çıxış edəcəklər.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri