21 
Okt
2014
13:00
24
8
1249
Virtual karabakh

Kult modelyer Oskar de la Renta vəfat edib – FOTO

21 Okt, 2014
13:00
1249

Kult modelyer Oskar de la Renta vəfat edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyatının son səkkiz ilini xərçəng ilə mübarizə aparırdı.

ABŞ-da 83 yaşlı əfsanəvi modelyer dominikan əsilli Oskar de la Renta vəfat edib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, modelyer həyatının son səkkiz ilini xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Jaklin Kennedi, Nensi Reyqan və Mişel Obamanın paltarlarının yaradıcısı 1932-ci ildə Santa-Dominqoda anadan olub. Onun altı bacısı olub.

De la Renta Nyu-Yorkda ilk sərgisini 1965-ci ildə təqdim edib.

Modelyer iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşı Fransuaza de Laqland Vogua-nın fransız versiyasının redaktoru olub, o da xərçəng xəstəliyindən vəfat edib.

Cəmi bir həftə öncə de la Renta tərəfindən yaradılmış moda evinə dizayner Piter Koppinq kreativ direktoru vəzifəsinə təyin edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri