22 
Okt
2014
18:20
2
1
817
Virtual karabakh

Alim Qasımov Meksikanı fəth edir! - FOTO

22 Okt, 2014
18:20
817

Alim Qasımov Meksikanı fəth edir! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Muğam ifaçılarının “Beynəlxalq Servantino festivalı”nda çıxışları alqışlarla qarşılanıb.

Azərbaycanın Xalq Artisti, dünya şöhrətli muğam ifaçıları Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Meksikanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edib.

Oxu.Az-ın AzərTAc-a istinadla xəbərinə görə, muğam ifaçılarının Quanaxuato şəhərində ölkə üzrə hər il keçirilən “Beynəlxalq Servantino festivalı”nda və Mexiko şəhərinin şəhər teatrındakı çıxışlar alqışlarla qarşılanıb.

Alim Qasımov və Fərqanə Qasımovanın ölkənin Merida şəhərinin Peon Kontreras de Merida (Teatro Peon Contreras de Merida) və Quadalaxara şəhərinin Deqoyado de Guadalajara teatrlarında (Teatro Degollado de Guadalajara) daha iki konsert proqramı ilə çıxışları nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri