23 
Okt
2014
10:57
3
0
798
Virtual karabakh

Fərhad Bədəlbəylinin konserti olacaq

23 Okt, 2014
10:57
798

Fərhad Bədəlbəylinin konserti olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konserti Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edəcək.

Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliklərinin 23-cü ildönümü münasibətilə oktyabrın 26-da Özbəkistan Dövlət Konservatoriyasında SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəylinin konserti olacaq.

Oxu.Az xəbər verir ki, konserti Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edəcək.

Fərhad Bədəlbəyli konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzusunda fortepiano üçün konsert”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita və Nurulla Zakirovun “İstədim” vokal-simfonik poemasından fraqmentləri ifa edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri