23 
Okt
2014
11:04
1
0
1508
Virtual karabakh

Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək - FOTO

23 Okt, 2014
11:04
1508

Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festivalda bir çox ölkələrdən aşıqlar iştirak edəcəklər.

Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan Aşıq sənəti YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiqli yer tutub.

Oxu.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, 25-30 oktyabr 2010-cu il tarixlərində Heydər Əliyev Fondunun himayəsi altında Azərbaycanda ilk dəfə olaraq keçirilib və böyük əks-sədaya səbəb olmuş I Beynəlxalq Aşıq Festivalı aşıq-ozan sənətinin təntənəsinə çevrilib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən festivala informasiya dəstəyi göstərilib, Bakı şəhərində və regionlarda keçirilmiş əsas tədbirlər tamaşaçılara təqdim edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Azərbaycan Aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə 10-18 noyabr 2014-cü il tarixlərində II Beynəlxalq Aşıq Festivalının keçirilməsini planlaşdırır.

Festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından və Azərbaycanın bütün bölgələrindən aşıqlar iştirak edəcəklər.

Beynəlxalq festivalın açılış mərasiminin 12 noyabrda Azərbaycan Dövlət Musiqili Teatrında keçirilməsi, 13-17 noyabr tarixlərində Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulur. Festivala “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən informasiya dəstəyi veriləcəkdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri