25 
Okt
2014
15:50
8
1
1042
Virtual karabakh

“Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimat mərasimi keçirildi - FOTO

25 Okt, 2014
15:50
1042

“Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimat mərasimi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qonaqlar filmin nümayişindən əvvəl Müslüm Maqomayevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Oktyabrın  24-də  Nizami Kino Mərkəzində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimat mərasimi olub.

Oxu.Az xəbər verir ki, Azərbaycanın xalq artisti rejissor Tofiq İsmayılovun “Salnamə” studiyasında lentə aldığı filmdə Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında söylədikləri xatirələri, sənətkarın müxtəlif  illərdə etdiyi ən gözəl ifaları, ilk dəfə nümayiş olunan kinoxronika kadrları yer alıb.

Filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktor Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Tədbirdə, mədəniyyət və turizm nazirinin müavini  Ədalət Vəliyev  film haqqında fikirlərini söylədi, təqdimat mərasiminin M.Maqomayevin anım gününə təsadüf etdiyini söylədi.

Sənədli lentin rejissoru azərbaycanın xalq artisti, professor Tofiq İsmayılovun təklifi ilə qonaqlar filmin nümayişindən əvvəl Müslüm Maqomayevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Nizami Kino Mərkəzinin foyesində, qonaqlar  sənətkarın yaradıcılığını əks etdirən foto sərgilə də  tanış oldular.

Aytən Sadıqzadə

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri