28 
Okt
2014
15:35
6
0
1069
Virtual karabakh

“28 Cinema”da milyonların səbirsizliklə gözlədiyi film

28 Okt, 2014
15:35
1069

“28 Cinema”da milyonların səbirsizliklə gözlədiyi film

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekran əsəri ilk nümayiş günü 300 mindən çox tamaşaçı toplamağı bacarıb.

Azərbaycanın premium kinoteatrı “28 Cinema” milyonların səbirsizliklə gözlədiyi film olan “İncir Reçeli” filminin ikinci hissəsinin nümayişlərinə başlayır.

Oxu.Az xəbər verir ki, film Türkiyədə və ölkəmizdə böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, ilk nümayiş günü 300 000-dən çox tamaşaçı toplamağı bacarıb. Film oktyabr ayının 30-dan etibarən kinoteatrda nümayiş olunmağa başlayacaq.

Filmin qısa məzmunu belədir:

Metin sevdiyi qadını, Duyğunu itirdikdən sonra uzun müddət yasda olur. O, İncir Reçeli filmini çəkməsinə baxmayaraq, həyata qarşı heç bir arzusu qalmır. Axşamları barda proqram ilə çıxış edən  və mahnılarını oxuyan Metinin yolu gözləmədiyi bir anda Gizemlə kəsişir. Barda barmen olaraq işə başlayan Gizəm, Metinin divarlarını keçə biləcəkmi? Keçmişdə bənzər hadisələr yaşamış bu iki insan arasında yeni bir hekayə mümkündürmü?

Film romantika və dram janrında çəkilib. Filmin rejissoru Aytaç Ağırlar, rollarda isə Halil Sezai Paracıkoğlu, Şafak Pekdemir, Sinan Çalışkanoğlu kimi məşhur türk aktyorları çəkilib.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın  www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri