31 
Okt
2014
12:15
112
24
6485
Virtual karabakh

Koreyalı oğlan və ərəb qızı muğam oxuyurlar - VİDEO

31 Okt, 2014
12:15
6485

Koreyalı oğlan və ərəb qızı muğam oxuyurlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Muğama qulaq asdıqca...”.

Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı olan muğam təkcə Azərbaycan xalqının deyil, digər xalqların da sevimli musiqisinə çevrilib.

Oxucularımıza muğamı bir dəfə dinlədikdən sonra onun sirlərini öyrənməyə can atan iki əcnəbi gəncin Azərbaycana gəlişi və muğam təhsili almasından bəhs edəcəyik.

Oxu.Az xəbər verir ki, anası ərəb, atası azərbaycanlı olan gənc xanım Leyla Əliyeva muğamı necə öyrənməsindən danışıb:
 
“Mənim atam azərbaycanlıdır. O, həmişə muğama qulaq asır. Bir dəfə mən də çox diqqətlə dinlədim. Hiss etdim ki, bu musiqini çox sevirəm, çünki saf və təmizdir”.

Koreyalı Kim Min Seorq muğama olan sevgisini belə ifadə edib:

“Azərbaycan musiqisi və muğamı çox inkişaf edib. İllər əvvəl dostumla bura gələndə o məni muğamla tanış etdi. Muğama qulaq asdıqca onun içərisindəki xüsusi musiqili emosiyaları hiss etdim. Ona görə də Bakıya gəlib muğamı öyrəndim”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri