11 
Noy
2014
12:35
52
9
1617
Virtual karabakh

“Euronews” Bakıda keçirilən teatral konfrans haqqında süjet təqdim edib - VİDEO

11 Noy, 2014
12:35
1617

“Euronews” Bakıda keçirilən teatral konfrans haqqında süjet təqdim edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teatr sadəcə əyləncə deyil.

Azərbaycanda “Teatr sənətinin multikultururizmin universal dəyərlər sistemində yeri” adlı beynəlxalq teatr konfransı keçirilib. Bu tədbir Bakıda artıq üçüncü dəfədir ki, keçirilir.

“Bu gün səhnə sənətinin məkanı getdikcə daralır və daha çox virtual dünyadan asılı olur, virtual dünyada isə zaman və məkan anlayışı tamamən başqadır. Məkan və hərəkətin vəhdəti yalnız teatrda mümkündür”- polşalı rejissor Kşiştof Zanussi forumda çıxış edərkən deyib.

Konfransın adı - “Teatr sənətinin multikultururizmin universal dəyərlər sistemində yeri” - universal və milli dəyərlərin bir çox teatr ənənələri üçün aktual olmasını göstərir.

Teatr – bu sadəcə akademik sənət deyil, bu həm də andeqraunddur.

Teatr – sadəcə əyləncə deyil, teatr xadimləri siyasi korrektura maneələrindən daha yüksəklərə qalxmağa çalışırlar, onlar təfəkkür üçün qida təqdim etmək, kəskin siyasi problemlər ətrafında diskussiya yaratmaq istəyirlər.  

Teatr iqtisadi problemlərdən kənar qala bilməz, onun büdcəsinə böhran təsir edir.

“Bu səbəbdən də konqres vacibdir, o, kolleqalar arasında dəstək, tərəfdar, 21 və ya 22-ci əsrin teatrının olması barədə ideyalara şərik olanları tapmaq imkanı yaradır”, - alman teatr xadimi Piter Paxl vurğulayıb.

Ümumilikdə konfransın keçirildiyi iki gün ərzində 40-dan çox natiq çıxış edib.

“Marafonda tematik strukturdan çox azad fikirlərin mübadiləsi əsas olub. İştirakçılar təcrübələrini, həyəcanlarını, biliklərini bölüşürdülər – bütün bunlar çox maraqlı idi. Xoşbəxtlikdən teatr ona həsr olunmuş konfransdan daha canlıdır”, - “Euronews”un müxbiri Volfanq Şpindler Bakıdan xəbər verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri