13 
Noy
2014
15:23
12
4
1261
Virtual karabakh

“Sehirli xalat” bədii filminin 50 illik yubileyi keçirildi - FOTO

13 Noy, 2014
15:23
1261

“Sehirli xalat” bədii filminin 50 illik yubileyi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yubileyin ən maraqlı məqamlarından biri...

Noyabrın 12-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehirli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olundu.

Oxu.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edildi, çəkilişlərlə bağlı maraqlı hadisələrdən söz açıldı. Cavid İmamverdiyevin hazırladığı ssenari əsasında çəkilmiş videoçarx və Nizami rayonunun Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi uşaq qrupu öz mahir çıxışları ilə tamaşaçıları sevindirdilər.

Yubileyin ən maraqlı məqamlarından biri filmdə çəkilmiş aktyorlar arasında xaricdə yaşayan bir nəfərin tədbirdə iştirak etmək üçün Bakıya gəlməsi oldu. Zərifə obrazını yaratmış S.Hətəmovanın, Y.Şeyxovun, A.Mustafayevanın film haqqında xatirələri maraqla qarşılandı.

Filmin bəstəkarı A.Məlikov, Z.Əliyevdir.    

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, sənət adamları və digər qonaqlar iştirak edib.

Qonaqlar Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı Dövlət Film Fondunun təşkil etdiyi foto sərgi ilə də tanış olublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri