13 
Noy
2014
16:25
6
4
690
Virtual karabakh

“Turkvision-2014” Beynəlxalq televiziya müsabiqəsi keçiriləcək

13 Noy, 2014
16:25
690

“Turkvision-2014” Beynəlxalq televiziya müsabiqəsi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türk dünyasının qızıl səsi”.

Noyabrın 19-dan 20-dək Kazanda “Turkvision-2014” Beynəlxalq televiziya müsabiqəsi keçiriləcək.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, bu il “türk dünyasının qızıl səsi” adı uğrunda Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Tuva, Başqırdıstan, Türkmənistan, Gürcüstan, Moldova, Ukrayna, Makedoniya, Bosniya və Herseqovinadan, Krımdan, digər ölkələrdən və regionlardan 24 müğənni mübarizə aparacaq.

Vokalçıları beynəlxalq münsiflər heyəti qiymətləndiriləcək. Müsabiqənin keçirilməsi qaydalarına görə, hər bir iştirakçı ölkə münsiflər heyətinə bir nümayəndə göndərəcək.

Bu musiqi yarışına iyulun 18-də Kazanda rəsmi start verilib. Bundan sonra müsabiqədə iştirak etmək arzusunda olduğunu bildirmiş ölkələrdə və regionlarda yerli ifaçılardan sifarişlərin qəbulu başlanıb. Daha sonra ən yaxşı ifaçıları müəyyənləşdirmək üçün hər yerdə milli seçmə turları keçirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri