14 
Noy
2014
13:02
13
3
1002
Virtual karabakh

Məşhur yapon pianoçu Bakıya gəlir

14 Noy, 2014
13:02
1002

Məşhur yapon pianoçu Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edəcək.

Çisato Kusunoki Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edəcək.

Oxu.Az xəbər verir ki, yapon pianoçusu Çisato Kusunoki - dünya şöhrətli musiqiçidir. 2013-cü ilin sentyabr ayında Moskva şəhərində Murad Kajlayevilə onun əsərlərinin görkəmli ifaçısı olan Ç.Kusunokinin ilk tanışlığı baş tutmuşdur.

Qarşıdan gələn 2 ay ərzində Çisato Kusunokinin M.Kajlayevin əsərlərindən ibarət proqramla qastrol səfərləri planlaşdırılmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə 19 noyabr 2014-cü il tarixində Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Ç.Kusunoki Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tanınmış məzunu - SSRİ Xalq Artisti Murad Kajlayevə həsr olunmuş konsertlə çıxış edəcəkdir. Eyni zamanda M.Kajlayevlə Ç.Kusunoki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşlər keçirəcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri