14 
Noy
2014
15:41
15
2
1288
Virtual karabakh

Türkiyəli aktyorlar Bakıda Qala gecəsində - FOTO

14 Noy, 2014
15:41
1288

Türkiyəli aktyorlar Bakıda Qala gecəsində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birleşen Gönüller”.

Noyabr ayının 20-də türk rejissoru Hasan Kiraçın rejissoru olduğu “Birleşen Gönüller” filminin Qala – premyerası keçiriləcək.

Oxu.Az xəbər verir ki, həmin gün “28 Cinema” türk filmləri həvəskarları üçün qapılarını açacaq. “Birleşen Gönüller” filmi İkinci dünya müharibəsi dövründə həyatın əsas hissələrindən olan sevgi ilə yaşamış insanlar haqqındadır. Nümayiş olunan sevgi tarixçəsi 1940-cı ildən başlayır və indiki dövrə qədər davam edir.  Film fədakar insanların əhvalatıdır, hansıları ki, böyük ekranda canlandırmaq mümkün olub. Bu təkcə sevgi tarixçəsi deyil, həmçinin Rusiyanın və Türkiyənin tarixidir.

Tədbirdə filmin baş rollarında çəkilən Hande Soral Serkan Şenalp ilə yanaşı filmin yaradıcı heyəti də iştirak edəcək. Hər kəs noyabrın 20-də “28 Cinema”da ulduzların iştirakı ilə keçiriləcək premyeranın açılışına dəvətnamələr əldə edə bilər.

Dəvətnamələrin qiyməti 10 AZN-dir və yalnız kinoteatrın kassalarından əldə etmək olar. Dəvətnamələrin sayı məhduddur.   

Film haqqında daha ətraflı məlumatı http://www.28cinema.az/film/birleen-gnller-trk/ saytından əldə etmək olar.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri