14 
Noy
2014
16:38
37
87
1736
Virtual karabakh

Bakı bulvarında caz-klub tikilir

14 Noy, 2014
16:38
1736

Bakı bulvarında caz-klub tikilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bulvarın genişləndirilməsi ilə bağlı Bayıl dairəsi də yenidən qurulub.

Dövlət Bayrağı Meydanından Su İdmanı Sarayına doğru ərazi abadlaşdırılır. Bulvar boyu bir sıra yeni obyektlər, o cümlədən caz-klub tikilir.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, hazırda Su İdmanı Sarayının inşası ilə əlaqədar ərazidə qeyri-yaşayış sahələri sökülür və ya başqa yerə köçürülür. Sarayın yaxınlığında, Bibiheybət-1 ünvanında yeraltı keçid tikilir. Abadlıq və tikinti işləri gələn il Bakıda keçiriləcək Olimpiya Oyunları ərəfəsində tam başa çatdırılacaq.

Bulvarın genişləndirilməsi ilə bağlı Bayıl dairəsi də yenidən qurulub. Burada inşa olunan yeraltı keçidin tikintisi tamamlanıb. Həmçinin Bibiheybət yoluna aparan küçədə yeni park salınıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri